DÜNYA

14 Fevral

KİV: ABŞ strateji ehtiyatdan neft satmağı planlaşdırır

ABŞ aprel-iyun aylarında strateji ehtiyatdan 26 mln. barel neft satmağı planlaşdırır.

Fins.Az-ın “Bloomberg“a istinadən verdiyi məlumata görə, qeyri-təcili olan satış 26 mln. barel xam neft həcmini əhatə edəcək və bu, cari maliyyə ili üçün Konqres tərəfindən planlaşdırılıb.

Agentliyin məlumatına görə, Energetika Nazirliyi hazırda cəmi 371 mln. barel olan strateji ehtiyatı həddən artıq xərcləməmək üçün satışları azaltmaqla bağlı imkanlar axtarır.

©apa