Rusiya Qara dənizdəki gəmi qruplarının sayını 12 ədədə çatdırıb, o cümlədən ümumi sayı 8 raketdən ibarət iki Kalibr tipli buraxılış qurğusu gətirilib.
Onun sözlərinə görə, orada böyük desant gəmiləri də var. Rusiya USQ-nin zərbələrinin qarşısını almaq üçün gəmiləri təhlükəsiz məsafədə saxlayır.
Gəmilər bizim zərbələrimizdən sığorta olunmaq üçün uzaqda dayansa da, əhalini qorxutmaqda davam edir, lakin onlar Ukraynanın bütün ərazisinə zərbə endirmək iqtidarındadırlar”, – Qumenyuk bildirib.
O, aydınlaşdırıb ki, “Kalibr” raketləri yüksək dəqiqlikli silahlardır, xüsusilə də konkret hədəflərdə – kritik infrastruktur və strateji obyektlərdə istifadə olunur.
Düşmənin Krım yarımadasının şimal hissəsində yerləşdirdiyi sahilyanı raket sistemlərindən istifadə təhlükəsi hələ də qalmaqdadır”, – deyə Qumenyuk bildirib.