DÜNYA

10 Fevral

Rusiya və İran neft və qazın mübadilə tədarükü məsələləri üzərində işləyəcəklər

Rusiya və İran neft və qazla svop (əvəzetmə sxemi üzrə tədarük - red.) əməliyyatları məsələlərini öyrənməyə davam edəcək.

Fins.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, bu məsələ üzərində işlər energetika nazirlikləri arasında işçi qrupu çərçivəsində həyata keçirilir: “Onlar bu məsələlərə baxır, texniki imkanları işləyirlər. Bu, perspektivli layihə kimi qiymətləndirilir".

Aleksandr Novak ötən ilin oktyabrında bildirib ki, ölkələr neft və qazın mübadilə tədarükünün həyata keçirilməsi üçün marşrutlar və mexanizmlər işləyir və müvafiq saziş 2022-ci ilin sonuna qədər imzalana bilər. Birinci mərhələdə, bu, ildə 5 milyon ton neft və 10 milyard kubmetrə qədər qazı əhatə edə bilər.

©apa