DÜNYA

26 Yanvar

Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır. Ice Universe ləqəbli məşhur insayder isə şirkətin ilk smartfonunun fotosunu təqdim edib. Məlumata əsasən smartfon ColaPhone adını əldə edəcək. ColaPhone-nun texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin insayder tərəfindən təqdim edilmiş fotodan görmək olar ki, ColaPhone ikili arxa kamera və LED işıqlandırma sistemi ilə təchiz olunacaq.

Bununla yanaşı smartfonun arxa paneli gözlənildiyi kimi Coca-Cola şirkətinin ənənəvi qırmızı rəng çalarında reallaşdırılacaq və böyük ölçülü Coca-Cola yazısını əldə edəcək. Smartfonun kənar hissəsində səsin tənzimlənməsi düymələrini görmək olar. İnsayderin vermiş olduğu məlumata əsasən çox güman ki, Coca-Cola öz ilk smartfon modelini məşhur smartfon istehsalçılarından biri ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Lakin söhbətin hansı smartfon istehsalçısından getdiyi məlum deyil. İstifadəçilərin fikirlərinə əsasən Coca-Cola ya Realme ya da digər Çin brendi ilə əməkdaşlıq edir.