DÜNYA

05 Dekabr

Özbəkistan mobil telefon və televizor ixracını artırıb

2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistandan mobil telefonların ixracı 1,7 dəfə artaraq 25 min ədəd təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə Respublikanın Dövlət Statistika Komitəsi bildirir.

"2022-ci ilin yanvar-oktyabr aylarında Özbəkistan 5 milyon dollar dəyərində 25 029 ədəd mobil telefon ixrac edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə mobil telefonların ixracı təxminən 10,5 min ədəd artıb", - Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Beləliklə, ixrac 1,7 dəfə artıb.

Statistika Komitəsinin məlumatına görə, Özbəkistandan mobil telefon idxal edən ölkələr arasında Rusiya birinci yeri tutur - 16,8 min ədəd və ya respublikadan bütün ixracın 67%-i. Özbəkistanda yığılan mobil telefonların ilk üç alıcısı siyahısına həmçinin Ukrayna (5,3 min ədəd) və Qazaxıstan (2,9 min ədəd) daxildir.

Bundan əvvəl Özbəkistan Statistika Komitəsi Özbəkistandan televizor ixracının da artdığını bildirmişdi - yanvar-sentyabrda 26,2% artaraq 135,9 min ədədə çatmışdı. Rusiya əsas idxalçı olaraq qalır.