DÜNYA

21 Oktyabr

İranın neft naziri qaz danışıqları üçün Türkiyədədir

İranın neft naziri Cavad Ovcinin qaz danışıqları üçün Türkiyəyə gəldiyi və enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati və Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu ilə görüşdüyü bildirilib.

"Fins.az" xəbər verir ki, İranın neft naziri Cavad Ovci enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati və Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu ilə görüşüb.

Məlumata görə, görüşdə İran qazının Türkiyəyə ixracına dair 2026-cı ildə başa çatacaq müqavilənin yenilənməsi müzakirə olunub.