DÜNYA

21 Oktyabr

Aİ təbii qazın limitli qiyməti ilə bağlı razılığa gələ bilmədi

Aİ liderləri təbii qazın tavan qiyməti ilə bağlı razılığa gələ bilməyiblər. Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri təbii qaza tavan qiymət tətbiqi ilə bağlı razılığa gələ bilməsələr də, tavan qiymətin mümkün nəticələrini müəyyən etmək üçün araşdırmalar aparmağa qərar veriblər.
"Fins.az" xəbər verir ki, Aİ-yə üzv 27 ölkənin dövlət və ya hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən Aİ Liderlər Zirvə Toplantısının enerji üzrə ilk gün sessiyaları başa çatıb.

İclasın sonunda açıqlama verən AB Komissiyasının sədri Ursula von der Leyen, "Enerji qiymətləri üzərində işləməyə davam etmək üçün çox yaxşı və möhkəm yol xəritəmiz var. Liderlər bu mövzuda strateji təlimat verdilər"deyə bildirib.

Von der Leyen görüşdə bəzi mövzuların intensiv şəkildə müzakirə edildiyini ifadə edərək, "Bunlardan birincisi müştərək qaz alışı məsələsidir. Burada liderlər şirkətlərə müştərək qaz və qaz almaq üçün konsorsiumlar yaratmağa icazə verilməsi ideyasını çox dəstəkləyiblər”

Ümumi tələbatın 15 faizinin birgə qaz alışının bir hissəsi olaraq birlikdə həyata keçiriləcəyini izah edən von der Leyen, diqqətin son dərəcə yüksək qaz qiymətlərinin necə məhdudlaşdırılacağına yönəldiyini açıqlayıb. 

Müəllif:Aynur Qəniyeva