İspaniyanın “Inditex” qrupu (“Zara”, “Massimo Dutti”, “Pull Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” brendlərinin sahibi) Rusiyadakı hazır geyim mağazalarını Livanın “Azadea” qrupuna satmaq imkanını müzakirə edir.
Məlumata görə, “Azadea”nın artıq Əlcəzair, Bəhreyn, Oman və Qətər kimi ölkələrdə “Inditex” franşizası var. Livan qrupu Rusiyada İspan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda yığmağa başlayıb.