DÜNYA

20 Oktyabr

ABŞ-ın neft ehtiyatları yenidən azalıb - RƏSMİ

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 1 725 min barel azalaraq, 437 358 min barel təşkil edib.

Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 380 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.