ABŞ-da qarşıdan gələn Konqresə ara seçkiləri öncəsi ABŞ prezidenti Co Bayden ölkədəki artımdan narahat olan benzinin qiymətinə nəzarət etmək üçün 15 milyon barel neftin buraxılacağını açıqlamışdı.
"Fins.az" xəbər verir ki, noyabrın 8-də ölkədə keçiriləcək Konqresə ara seçkilərindən əvvəl rəqiblər Baydeni daha çox inflyasiya və benzinin qiymətinin artması kimi iqtisadi məsələlərə görə tənqid edirlər.
OPEK-in gündəlik neft hasilatını 2 milyon barel azaltma qərarından sonra Bayden administrasiyası benzin qiymətlərini nəzarətdə saxlamaq üçün yeni addım atıb.
Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında benzin qiymətləri ilə bağlı strategiyalarını ictimaiyyətlə bölüşüb.
Bütün dünyada artan benzin qiymətlərində Ukraynaya qarşı müharibə aparan Rusiya prezidenti Vladimir Putini günahlandıran Bayden, yay aylarından bəri atdıqları addımlar sayəsində benzinin 1 gallonun 2,5 dollar ucuzlaşdığını, ancaq ucuzlaşma hələ də onların gözlədiyi qədər sürətli deyil.
"Energetika Nazirliyi daha 15 milyon barrel strateji neft ehtiyatı buraxacaq, bu proses dekabrın sonuna qədər davam edəcək", - Bayden bildirib. i