DÜNYA

14 Oktyabr

Times: Böyük Britaniyanın maliyyə naziri istefaya göndərilib

İngiltərə mətbuatında yer alan xəbərə görə, Liz Truss, bazara qarşı mövqe tutduğu mini-büdcənin mühüm hissələrini tərk etməyə və maliyyə naziri Kvartenqi vəzifəsindən uzaqlaşdırmağa hazırlaşır.
"Fins.az" xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, Böyük Britaniyanın baş naziri Liz Truss xəzinə və maliyyə naziri Kvasi Kvartenqi vəzifəsindən azad etməyə və bazarları rahatlaşdırmaq üçün mini-büdcənin mühüm hissələrini tərk edərək korporativ vergini artırmaq planlarını açıqlamağa hazırlaşır.

Baş nazirin rəsmi bəyanatından əvvəl Kvartenqlə görüşəcəyi bildirilir. Funt bir sıra sızmalara müsbət cavab versə də, bazarlar tutduğu mövqeyə qarşı qiymət qoysa da, hökumətin vergi endirimi planlarından imtina etməkdən başqa seçimi qalmayıb. 

Müəllif: Aynur Qəniyeva