DÜNYA

14 Oktyabr

Qida nəhəngi Danone Rusiyanı tərk etməyə hazırlaşır

Fransanın qida nəhəngi Danone Rusiyadakı əməliyyatlarını satmağı planlaşdırdığını açıqlayıb. Bu inkişafla şirkət 1 milyard avro (978 milyon dollar) zərər yaza bilər.
"Fins.az" xəbər verir ki, Fransız süd məhsulları istehsalçısı Danone Rusiyanı tərk etməyə hazırlaşır.

Rusiyanın aparıcı süd məhsulları brendi “Prostokvashino”nun da sahibi olan şirkət ümumi gəlirlərinin təxminən 5 %-ini buradan əldə edir.

Bildirilib ki, Rusiyadakı fəaliyyətini satmağa hazırlaşan şirkət Rusiyaya bəzi xüsusi qida məhsulları ixracını davam etdirəcək. Şirkətin açıqlamasına görə, satış 1 milyard avro zərərlə nəticələnə bilər.

Bir çox beynəlxalq şirkətlər kimi Danone də fevralda Moskva hökumətinin Ukraynaya müdaxiləsindən sonra Rusiyaya investisiyalarını dayandırıb. Bəzi şirkətlər hələ də fəaliyyət göstərir. Nestle Rusiyaya bəzi məhsulların idxalını davam etdirir, Britaniyalı rəqibi Unilever isə Rusiyada fəaliyyətini davam etdirir.