DÜNYA

13 Oktyabr

Ərdoğan Putinlə görüşüb

Astanada prezident Ərdoğan və Rusiya prezidenti Putinin görüşü başlayıb. İki liderin danışıqlar zamanı Ukrayna və ikitərəfli münasibətləri müzakirə edəcəyi gözlənilir.
"Fins.az" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə görüşü rəsmi danışıqlar aparmaq üçün getdiyi Qazaxıstanda başlayıb.

Məlumat ki, prezident Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası və Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin (CICA) 6-cı Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya gedib.

Görüşlə bağlı Kremldən verilən son açıqlamada iki liderin Astanada görüşəcəyi, görüşdə Ukrayna və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi bildirilib. Kremlin sözçüsü Dmitri Peskov, "Putin və Ərdoğan Türkiyənin Rusiya-Ukrayna görüşünə ev sahibliyi etmək təklifini müzakirə edə bilərlər", -deyə bildirib.