Beynəlxalq Enerji Agentliyi (UEA) xəbərdarlıq edib ki, OPEC+-nın hasilatı azaltmaq qərarı qiymətləri qlobal iqtisadiyyatı tənəzzülə sürükləyən səviyyələrə yüksəltmək riski daşıyır.
"Fins.az" xəbər verir ki, Parisdə yerləşən agentlik aylıq hesabatında bildirib ki, OPEC+-nın “külli miqdarda ixtisarları” bütün dünyada enerji təhlükəsizliyi risklərini artırır.
Artan qiymətlərin bazar dəyişkənliyinin ölçüsünü artırdığını qeyd edən agentlik, “Neft qiymətləri onsuz da tənəzzül ərəfəsində olan qlobal iqtisadiyyat üçün qırılma nöqtəsi ola bilər” deyə açıqlayıb.
Qurum inflyasiyadan tutmuş yüksək faiz dərəcələrinə qədər bir çox iqtisadi faktorlara görə gələn il üçün qlobal neft tələbini gündəlik 470 min barel azaldıb. Səudiyyə Ərəbistanı və digər neft hasil edən ölkələr ötən həftə noyabr ayından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaldacaqlarını açıqlamışdı. Bu inkişaf neftin qiymətinin qismən ucuzlaşmasına səbəb olsa da, bu gün Londonda Brent markalı neftin barel qiyməti 90 dolları ötüb.
IEA 2023-cü il üçün qlobal neft istehlakı proqnozunu keçən ayki 2,1 milyondan 1,7 milyona qədər yenidən nəzərdən keçirib.
Müəllif: Aynur Qəniyeva