DÜNYA

13 Oktyabr

Səudiyyə Ərəbistanı siyasi motivli OPEC+ qərarını rədd edir

Səudiyyə Ərəbistanı OPEC+ sazişində iştirak edən ölkələrin neft hasilatının azaldılması qərarının siyasi motivli və onun bəzi dövlətlərə qarşı olduğu barədə iddiaları rədd edir.

"Fins.az" xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Səudiyyə Ərəbistanı Krallığı hökuməti faktları əsas götürməyən və OPEC+ qərarını sırf iqtisadi çərçivələrdən kənara çıxarmaq cəhdinə əsaslanan iddiaları tamamilə təkzib edir. Bu qərar bütün ölkələr tərəfindən yekdilliklə qəbul edilib”, - bəyanatda deyilir.