Türkiyənin Almaniyaya ixracı bu ilin yanvar-sentyabr aylarında rekord səviyyəyə - 14 milyard 258 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.
Hesabat dövründə Almaniyanı 10 milyard 891 milyon dollarla ABŞ, 9 milyard 270 milyon dollarla Böyük Britaniya, 8 milyard 404 milyon dollarla İtaliya və 7,5 milyard dollarla İraq izləyib.