Ukrayna iqtisadiyyatı bu ilin yanvar-sentyabr aylarında 30% kiçilib.
Fins.az "UNİAN"a istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən ay ölkə iqtisadiyyatı 35% kiçilib. Eyni zamanda, bu ilin ikinci rübündə Ukraynanın ÜDM-i ötən ilin ikinci rübü ilə müqayisədə 37,2% azalıb.