Yüksək xərclər Avropanın qida sənayesinə böyük təzyiq göstərir. Böyük qida istehsalçıları qazdan istifadəni azaltmaq, Avropanın rəflərini əsas qidalarla təmin etmək üçün generatorlardan istifadə etmək istəyirlər.
"Fins.az" xəbər verir ki, iki ildir ki, Nestle SA və onun rəqibləri pandemiyanın səbəb olduğu fasilələrlə mübarizə aparır. İndi onları yeni təhlükə gözləyir. Dünyanın ən böyük qida şirkətləri; Zavodlarını gücləndirmək üçün qazı az olan qışı gözləyir.
Buna cavab olaraq, qida istehsalçıları təbii qaz ehtiyatları tükənsə belə, Avropanın rəflərini taxıl, çörək və qatıq kimi əsas məhsullarla təmin etmək üçün enerji istifadəsini azaltmalı və qazla işləyən zavodları neftə çevirməlidir; tələblərini hakimiyyət orqanlarına çatdırıblar.
OCC Strategy Consultants şirkətinin qlobal idarəedici partnyoru Will Hayllar, "Bəzi şirkətlər enerji istifadəçilərinin iyerarxiyasında hansı mövqedə olduqları ilə bağlı hökumətləri lobbi edəcəklər. Onlar həmçinin öz generatorlarını quraşdıraraq, tədarük və yanacaq saxlamaq üçün tədbirlər görəcəklər" deyə qeyd edib.
Müəllif: Aynur Qəniyeva