Azərbaycan, Rusiya, İran və Mərkəzi Asiya ölkələrinin – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri İranda keçirilən konfransın yekunlarına dair iki gün aparılan müzakirələrdən sonra bazar günü tranzit sahəsində əməkdaşlığın inkişafı məqsədilə bəyanat imzalayıblar.
Bu barədə İranın IRNA informasiya agentliyi məlumat yayımlayıb.
İranın yol və şəhərsalama naziri Rüstəm Qasemi qeyd edib ki, nazirlər və iştrakçı dövlətlərin digər nümayənədləri “tranzit və nəqliyyat sahəsində fəaliyyətin əlaqələndirilməsi və əməkdaşlıq məqsədilə konstruktiv qərarlar qəbul ediblər”.
Agemtlik iranlı nazirin sözlərinə istinadən bildirir ki, konfransın iştirakçı dövlətləri tranzitin inkişafı, tariflərin unifikasiyası və tranzitlə məşğul olan sürücülərə illik vizaların verilməsinin zəruriliyini qeyd ediblər.
Qasemi əlavə edib ki, İranın təşəbbüsü ilə keçirilən konfrans yarım ildən bir təşkil olunacaq.