Allianz Baş İqtisadiyyat Müşaviri Mohamed El-Erian bazar günü CBS-nin "Face The Nation"a verdiyi açıqlamada, inflyasiyanın "ehtimal ki, təxminən 8 %-ə düşəcəyini" proqnozlaşdırdığını bildirib.
"Fins.az" xəbər verir ki, El-Erian əlavə edib ki, əsas inflyasiya “hələ də yüksəlir”.
"Əsas inflyasiya inflyasiyanın gücləndirən dinamikanı və onların hansı miqyasda olduğunu ölçür" deyən El-Erian, əsas inflyasiyanın artmasının "Hələ də inflyasiya problemimiz var" mənasına gəldiyini açıqlayıb.
Əl-Erian bildirib ki, baza inflyasiyası hələ də artmaqda olsa belə, nəticədə aşağı düşəcək və o, belə davam edib: “Sual budur ki, bu, iqtisadiyyatın yavaşlaması ilə, yoxsa böyük tənəzzüllə azalır?”.
Neft hasil edən ölkələr qrupu OPEC+ 2020-ci ildən bəri qlobaı tədarükun azalmasını elan edib. El-Erian qərarın "ABŞ-a zərər verdiyini" açıqlayıb, çünki bu, inflyasiyanın yenidən yüksəlməsinə səbəb ola bilər. Bununla belə, o, azalan tələbin fonunda qrup neftin qiymətlərini qorumaq istədiyi üçün bu kəsimin sürpriz olmadığını bildirib. "Onların etdikləri budur, lakin bu, ABŞ iqtisadiyyatı üçün mütləq yaxşı xəbər deyil" deyə qeyd edib El-Erian.