ABŞ-ın elektrik mühərriki ilə çalışan (elektromobil) avtomobillərin istehsalı üzrə ixtisaslaşmış “Tesla” şirkəti daha bir yeniliyə imza atır.
"Fins.az" xəbər verir ki,şirkət 2017-ci ildən üzərində çalışdığı elektrik mühərriki ilə işləyən ilk yük avtomobilini dekabrda satışa çıxaracaq.
Bildirilir ki, “Semi Truck” adlı elektrik yük avtomobili dekabrın 1-də ilk sifarişçi olan “PepsiCo” şirkətinə təhvil veriləcək. Bu barədə “Tesla” kompaniyasının sahibi İlon Mask özünün “Twitter” hesabında yazıb.
Qeyd edək ki, “PepsiCo” şirkəti hələ 2017-ci ildə, “Tesla” elektriklə işləyən yük maşınları istehsalı ilə bağlı planlarını açıqlayanda 100 ədəd “Semi Truck” yük maşını sifariş vermişdi.
Bu yük maşının texniki üstünlükləri isə onun koloji təmiz cəhətləridir. “Semi Truck” bir dəfə enerji doldurma ilə 500 mil (804,7 kilometr) məsafə qət edə bilir. Onun qiyməti 180 min dollardan başlayır.