Verilmiş məlumata əsasən yaxın zamanda istifadəçilər Instagram ilə qarşılıqlı əlaqədə olan zaman daha çox reklam elanı görəcəklər. Məlumatda qeyd edilib ki, reklam elanları Instagram-ın Explorer (Search) bölməsində və istifadəçilərin hesablarında sərgilənəcək. Instagram tərtibatçılarının fikirlərinə əsasən bu cür özəllik reklam verənlər üçün yeni imkanlar yaradacaq. Hal hazırda Instagram Explorer bölməsində postların aşağı sürüşdürülməsi zamanı reklam elanlarını sərgiləyir. Lakin yaxın zamanda reklam verənlər Explorer bölməsinə reklam elanlarını elə yerləşdirmək imkanını əldə edəcəklər ki, istifadəçlər Explorer bölməsinə keçid etdikləri zaman artıq həmin reklam elanları sərgilənəcək.