Twitter üçün əvvəlki təklifini geri götürən Tesla rəhbəri İlon Maskın Twitter razılaşmasına qayıdarkən əvvəllər verdiyi təklif qiymətini azaltmaq üçün danışıqlar apardığı bildirilir.
"Fins.az" xəbər verir ki,dünyanın ən varlı adamı İlon Maskın Twitter sövdələşməsində etdiyi əvvəlki təklif çərçivəsində razılaşma üçün danışıqlar apardığı bildirilib.
Mənbələr Bloomberg-ə bildiriblər ki, Maskın nümayəndələri əvvəllər bir səhm üçün 54,20 dollar təklifdən aşağı qiymət üçün danışıqlar aparırdılar.
Bu xəbər Wall Street Journal və New York Times qəzetlərində də yer alıb. New York Times-a görə, Mask 30 faiz endirim istəyirdi.
Reuters-in xəbərinə görə, Maskın sövdələşməni tamamlamağa yaxın olduğu bildirilib.
Elon Musk, Tesla, Twitter Inc-in qurucusu və baş direktoru. daha əvvəl etdiyi, lakin sonradan geri götürdüyü səhm başına $54,20 (ümumi 44 milyard dollar) alış təklifini yenidən təqdim etdi.
Mask təklifini ABŞ kapital bazarları şurasına, SEC-ə məktub göndərərək təqdim edib.
Müəllif:Aynur Qəniyeva