ARDNF-nin Rusiya rublunda ifadə olunduğu aktivlərə gəldikdə, qeyd etmək lazımdır ki, investisiya siyasətinə əsasən Fondun aktivlərinin 65%-ə qədəri ABŞ dolları, 20%-ə qədəri Avro, 5%-ə qədəri İngiltərə funt sterlinqi kimi dünyanın aparıcı valyutalarında, qalan 10%-ə qədəri isə Rusiya rublu da daxil olmaqla digər valyutalarda ifadə oluna bilər.
Bu "Fins.az"-ın müvafiq sorğusuna Azərbaycan Neft Fondunun cavabında deyilir.
Bildirilir ki, bu çərçivədə Moskva şəhərinin “Tverskaya 16” ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə və Rusiyanın Bank VTB ASC-yə uyğun olaraq 2012 və 2013-cü illərdə yatırımlar edilmişdir və 2022-ci ilin ilk rübünə olan rəqəmlərə əsasən sözügedən aktivlərin həcmi ümumi portfelin 0.6%-i təşkil edirdi. Əlavə olaraq qeyd etmək lazımdır ki, ARDNF-nin Rusiyaya yatırımları yalnız adıçəkilən investisiyalardan ibarətdir.
Müəllif:Aynur Qəniyeva