ABŞ Prezidenti Co Bayden 2024-cü ildə prezidentliyə namizəd olacaq.
Bu barədə Ağ Evin spikeri Karin Jan-Pyer ənənəvi brifinq zamanı deyib.
“Bildiyinmz kimi, Prezidentə bununla bağlı çox sual verilib və o bu suala cavab verib. Onun cavabı kifayət qədər sadə idi: bəli, o yenidən prezidentliyə namizəd olacaq. Başqa heç nə deyə bilmərəm”.