May ayında ABŞ-da inflyasiya 8.6%-ə yüksələrək, son 40 ilin ən yüksək səviyyəsini təzələyib.
Fins.az xəbər verir ki, mart ayında 8.5% ilə son 40 ilin ən yüksək səviyyəsinə çatan inflyasiya aprel ayında 8.3% olmuş və gözlənilən sürətlə azala bilməmişdi. May ayında isə proqnozların əksinə istehlak qiymətləri indeksi yenidən artıb.
Baza inflyasiyası gözləniləndən çox aylıq 0.6% artsa da, illik müqayisədə 6.2%-dən 6%-ə qədər məhdud azalma qeydə alınıb.