“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Türkiyə iqtisadiyyatının bu il 4,5%, gələn il 3%, 2024-də isə 2,9% böyüyəcəyini proqnozlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə agentliyin hesabatında qeyd edilib.
Məlumata görə, qurum bundan əvvəl ölkə iqtisadiyyatının bu il 2,4%, gələn il isə 3,2% böyüyəcəyini proqnozlaşdırırdı.
Hesabatda qeyd edilib ki, inflyasiya və məhdudlaşdırıcı pul siyasəti dünya iqtisadiyyatının artım tempinə mənfi təsir edəcək.