DÜNYA

14 İyun

NBC: Bayden gələn ay Səudiyyə Ərəbistanına səfər edəcək

NBC telekanalı ABŞ prezidenti Co Baydenin gələn ay Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcəyini bildirib.

"Fins.az" xəbər verir ki, Ağ Evdən verilən açıqlamada Baydenin Səudiyyə Ərəbistanı və İsrailə səfərlərinin planlaşdırılmasının davam etdiyi bildirilib.

ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasında əhəmiyyətli paya sahib olan yanacaq qiymətlərində rekord bahalaşma davam edərkən ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfər etməyə hazırlaşır.

Ağ Evin sözçüsü Karine Jean-Pierre ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanı və İsrailə səfər planlarının davam etdiyini, səfərin yeganə mövzusunun neft hasilatı olmayacağını bildirib.

Jean-Pierre, Ağ Evdə təşkil etdiyi mətbuat konfransında, Baydenin gələn ay Səudiyyə Ərəbistanı və İsrailə səfər edəcəyi ilə bağlı iddiaları ilə əlaqədar olaraq, "Hazırda bir səfəri təsdiqləyə bilmirəm. İsrail və Səudiyyə Ərəbistanı üçün səyahət planları qurmağa davam edirik. Bu Baydenin Yaxın Şərq liderləri ilə görüşməsi üçün bir fürsət olacaq,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva 

 

Ağ Evdə jurnalistlərin səfərin əsas məqsədinin neft hasilatı olub-olmayacağı ilə bağlı sualına Jean-Pierre, "Səudiyyə Ərəbistanı ilə görüşü sadəcə neft istəmək kimi görmək düzgün olmaz" deyib. qiymətləndirməsini etdi.