İngiltərənin baş naziri Boris Conson Türkiyədən idxal edilən zeytun yağına tətbiq edilən vergilərin qaldırıla biləcəyinə işarə edib.
"Fins.az" xəbər verir ki, İngiltərə Baş naziri Boris Conson, keçən həftə etdiyi şərhdə, "Türk zeytun yağının kilosunə niyə 93 pens vergi tətbiq esilir?" O, zeytun yağından alınan vergilərin ləğv oluna biləcəyinə işarə edib. Conson Brexit-in verdiyi azadlıqlardan istifadə edərək biznes və istehlakçılar üçün xərcləri azaldacaq qaydalar hazırlayır. Gözlənilən addımlar arasında Böyük Britaniyada istehsal olunmayan və idxaldan asılı olan məhsullar üçün rüsumların ləğvi də var.
Türkiyənin İngiltərəyə ümumi ərzaq ixracı 2021-ci ilə qədər 615 milyon dollara çatsa da, Türkiyənin İngiltərənin ümumi ərzaq idxalında kiçik bir payı var. Qidada ən çox tərəvəz və meyvəni Türkiyə İngiltərəyə ixrac edir.