DÜNYA

13 İyun

Odessa vilayətində 2022-ci ilin taxıl yığımına başlanılıb

Ukraynanın cənubundakı Odessa vilayətinin fermerləri əlverişli hava şəraitindən istifadə edərək 2022-ci ilin taxıl yığımına başlayıblar.

"Fins.az" xəbər verir ki,Ukrayna artıq 2022-ci il taxıl səpinini başa çatdırıb, lakin Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün taxıl məhsulu ilə bağlı proqnoz verməyib.

Nazirlik, fermerlərin Rusiyanın işğalı səbəbindən 2021-ci ildəki 16,9 milyon hektardan bu il 14,2 milyon hektar yazlıq taxıl əkməyi planlaşdırdıqlarını açıqlayıb.

Odessa vilayət administrasiyası bildirib ki, yerli fermerlər qışlıq arpa biçininə başlayıb və istehsalçılar ümumilikdə 1,06 milyon hektar erkən taxıl məhsulunu, o cümlədən 244 min hektar payızlıq arpa yığacaqlar.

Fermerlər həmçinin 551 min hektar payızlıq buğdanın məhsulunu alacaqlar.

Ukrayna 2020-ci ildəki 65 milyon tondan çox, 2021-ci ildə təmiz çəkidə rekord miqdarda 84 milyon ton taxıl yığıb.