DÜNYA

11 İyun

Ukraynada ərzaq qiymətləri 2,6% bahalaşıb

Ukraynada istehlak mallarının qiyməti bu ilin əvvəlindən 13,9% artıb.

Fins.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən ay ölkədə ərzaq qiymətləri 2,6% artıb.

Əlavə edək ki, Ukraynanın Milli Bankı müharibə səbəbi ilə ölkədə inflyasiyanın bu ilin sonuna kimi 20%-i ötəcəyini proqnozlaşdırır.