DÜNYA

11 İyun

Moldovada inflyasiya 29%-ə çatdı

Moldovada ötən ay illik inflyasiya səviyyəsi 29,05%-ə çatıb.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Bürosu məlumat yayıb.

Məlumata görə, son bir ayda ərzaq məhsullarının qiymətləri 2,5%, qeyri-ərzaq mallarının qiymətləri isə 2,48% artıb.

Əlavə edək ki, ölkədə ötən ilin dekabrından bu ilin may ayına qədər ərzaq məhsullarının qiyməti 20,81%, qeyri-ərzaq məhsullarının qiyməti isə 12,26% artıb.