Türkiyənin bu ilin yanvar-may aylarında lirə ilə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 67,9% artaraq 40 milyard 813 milyon lirəyə çatıb.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyinin məlumatlarında deyilir.
Məlumata görə, ötən il Türkiyənin lirə ilə ixracı 66 milyard 784 milyon lirə təşkil edib.
Əlavə edək ki, ölkənin yanvar-aprel aylarında lirə ilə ixracı 33 milyard 340 milyon lirə olub.