Kanadada bu ilin may ayında işsizlik səviyyəsi aprel ayı ilə müqayisədə 0,1 faiz bəndi azalaraq 5,1%-ə enib.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, bu, ölkədə 1976-cı ildən bəri qeydə alınan minimum göstəricidir.
Əlavə edək ki, Kanadada ən yüksək işsizlik səviyyəsi (13,7%) 2020-ci ilin may ayında qeydə alınıb.