DÜNYA

10 İyun

Yellen: Mən tənəzzül yaşayacağımızı düşünmürəm

ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını düşünmədiyini deyib.

"Fins.az" xəbər verir ki, Benzinin qiymətlərinin yaxın vaxtlarda düşmə ehtimalının olmadığını bildirən Yellen, enerji və ərzaq qiymətlərinin yüksəlməsindən risk proqnozlaşdırdığını bildirib.
Yellen “The New York Times” qəzetinin təşkil etdiyi tədbirdə iqtisadi gündəmi dəyərləndirib. 

Kovid-19  pandemiyası ilə mübarizədə zamanı geri qaytara bilsə nəyi dəyişəcəyini soruşduqda, Yellen ABŞ-ın 2021-ci ilin əvvəlində bir çox risklərlə üzləşdiyini xatırladıb. Yellen, "Mən fərqli bir şey etməzdim. Amerikanın Bərpa Planını çox dəstəkləyirdim"-deyə fikirlərini davam etdirib. 

İnflyasiyanın ən çox üzərində dayandığı mövzu olduğunu vurğulayan Yellen, enerji və ərzaq qiymətlərinin yüksəlməsi risklərini gördüyünü ifadə edib.