DÜNYA

07 İyun

Qazaxıstan buğdaya ixrac kvotalarını uzatmağı planlaşdırır

Qazaxıstan iyunun 15-də başa çatacaq buğda və buğda ununun ixrac kvotası müddətini sentyabrın 1-dək uzatmağı planlaşdırır.
"Fins.az" xəbər verir ki,Qazaxıstan buğda və unun ixrac kvotasını sentyabrın 1-dək uzatmağı düşünür.

Qazaxıstan Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeyev bildirib ki, iyunun 15-dək qüvvədə olan mövcud kvotalar uzadılacaq.Hazırda məsələni müzakirə edirik və kvotalar çox güman ki, sentyabrın 1-dək uzadılacaq.

Karaşukeyev daha əvvəl qlobal buğda qiymətlərinin artdığı bir vaxtda verdiyi açıqlamada ölkədə çörəyin bahalaşmasını gözləmədiklərini bildirib. Hazırda Qazaxıstan yerli treyderlərə 1 milyon ton buğda və 300 min ton buğda unu ixrac etməyə icazə verir.

FAO-nun 2020-ci il məlumatlarına görə Qazaxıstan dünyada doqquzuncu ən böyük buğda və ikinci ən böyük buğda unu ixracatçısıdır.Rusiyanın işğalından sonra dünyanın 5-ci ən böyük ixracatçısı olan Ukraynanın limanlarının bağlanması ilə ölkədə 20 milyon ton buğda qalıb və qlobal ərzaq böhranı riski yaranıb.