Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə danışıqlar apardıqlarını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Fransa Rusiya neftinə alternativ tapmaq üçün Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparır.
Məlumata görə, Le Maire, Rusiya qazı və neftinə alternativ axtardıqlarını və BƏƏ-nin ən azı Rusiya neftinə müvəqqəti alternativ ola biləcəyini qeyd edərək "BƏƏ ilə danışıqlar artıq başlayıb, biz Rusiya neftinə alternativ tapmalıyıq”, - deyə Le Maire bildirib
Nazir Le Maire enerji müstəqilliyi siyasətini Rusiya prezidenti Vladimir Putinə qarşı müdafiə etdiklərini qeyd edib.