DÜNYA

28 May

Çində sənaye istehsalının mənfəəti 8,5% azalıb

Çində bu ilin aprel ayında sənaye istehsalının mənfəəti 8,5% azalıb.

Fins.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu (NBS) məlumat yayıb.

Məlumata görə, bu, 2020-ci ilin mart ayından bəri ən aşağı səviyyədir.

Əlavə edək ki, bu ilin mart ayında sənaye istehsalı üzrə mənfəət 12,2% artıb.