Mitsubishi Electric, Manisada yeni kondisioner istehsalı müəssisəsi qurmaq üçün 1,44 milyard lirə və ya təxminən 113 milyon dollar investisiya edəcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, Mitsubishi Electric, Manisadakı obyektinə 1,4 milyard TL sərmayə qoyaraq istehsal gücünü artıracaq
Mitsubishi Electric, Manisada yeni kondisioner istehsalı müəssisəsi qurmaq üçün 1,44 milyard lirə və ya təxminən 113 milyon dollar investisiya edəcəyini açıqlayıb.
Şirkətin bülleteninə əsasən, yeni müəssisə Avropa bazarı üçün istilik nasosları və otaq kondisionerləri istehsal edəcək.
İnvestisiya ilə şirkətin Manisada havadan suya istilik nasosu istehsal gücü ildə 100.000 ədəddən 300.000 ədədə, kondisioner istehsal gücü isə 300.000 ədəddən 1,1 milyon ədədə yüksələcək.
Zavodun 2024-cü ilin fevralında istehsala buraxılması planlaşdırılır.