Kanada Çinin Huawei Technologies və ZTE Corp texnologiya şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan etmək qərarına gəlib.
"Fins.az" xəbər verir ki, Kanada Çinin Huawei və ZTE şirkətlərinin 5G avadanlıqlarının istifadəsini qadağan etməyi planlaşdırdığını açıqlayıb.Kanadanın qərarı Çinlə diplomatik gərginliyə görə gecikib.Kanadanın sözügedən qərarı ilə Five Eyes adlı kəşfiyyat şəbəkəsinin bütün üzvləri Huawei Technologies və ZTE Corp-un 5G avadanlıqlarının istifadəsini qadağan edəcək.
Five Eyes şəbəkəsinin digər üzvləri olan ABŞ, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya daha əvvəl Huawei və ZTE avadanlıqlarını qadağan etmişdi. Kanadanın sənaye naziri Fransua-Philippe Şampan Ottavada jurnalistlərə "Biz Huawei və ZTE-ni 5G şəbəkələrimizdən çıxarmaq niyyətindəyik. Bu avadanlığı quraşdıranlar onun istifadəsini dayandırmalı və bu gün elan etdiyimiz planlara uyğun olaraq onu çıxarmalı olacaqlar,"-deyə bildirib.
Şampan bəyan edib ki, şirkətlər 2024-cü ilin iyun ayına qədər Huawei və ZTE-yə məxsus 5G avadanlıqlarından istifadəni dayandırmalı olacaqlar. 4G avadanlıqlarından istifadə edən şirkətlər 2027-ci ilin sonuna qədər bu avadanlıqdan istifadəni dayandırmalıdırlar.