Almaniyanın maliyyə naziri Kristian Lindner Ukraynaya 19 milyard dollardan çox yardım göstəriləcəyini açıqlayıb.
"Fins.az" xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin Ukraynaya 19 milyard dolları (18 milyard avro) keçən yardım paketi ilə bağlı razılığa gəlməsi gözlənilir.
"Biz Ukraynanın özünümüdafiə qabiliyyətini təmin etməliyik. Bu tarixi kritik anda Ukraynaya 19 milyard dollardan çox dəstək verəcəyik", - Almaniyanın maliyyə naziri Lindner Bloomberg-ə deyib.
Ölkənin likvidliyini təmin etməkdə əhəmiyyətli irəliləyiş əldə etdiklərini qeyd edən Lindner, G7 ölkələrinin Ukrayna ilə çiyin-çiyinə durmasının yaxşı əlamət olduğunu bildirib.
Ukrayna hökuməti iqtisadiyyatın işləməsi üçün ayda 4-5 milyard dollara ehtiyac olduğunu bəyan edib.
Ölkənin baş naziri keçən ay yenidən strukturlaşdırma səylərinin ümumi dəyərinin 600 milyard dollara çatacağını açıqlayıb.
BVF müharibənin təsiri ilə Ukrayna iqtisadiyyatının 2022-ci ildə 35 faiz azalacağını gözləyir.
İyunun sonunda Almaniyada keçiriləcək sammitdə G7 liderlərinin daha böyük paketlə bağlı qərar verəcəyi gözlənilir.