ABŞ-ın iqtisadi artımı 1976-cı ildən bəri ilk dəfə Çini ötüb.
Bloomberg Economics-in hesabatında dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinin bu il yalnız 2 % böyüməsi gözlənilir. Bu fərziyyə gerçəkləşərsə, 1976-cı ildən bəri ən zəif artım rəqəmi qeydə alınacaq.
"Fins.az" xəbər hətta 2020-ci ildə pandemiya başlayıb iqtisadiyyata zərbə vuranda da iqtisadiyyat 2,2% artıb.
Bloomberg Economics-in məlumatına görə, bu il ABŞ iqtisadiyyatında artımın 2,8 faiz olacağı gözlənilir.
Bu hesablamalara görə, Çinin artım göstəricisi rəqibi ABŞ-dan geri qalacaq. Dünya Bankının məlumatına görə, bu, 1976-cı ildə baş verən Çin Mədəni İnqilabından bəri ilk olacaq.
1970-ci illərin sonundakı “islahat və açıqlıq” siyasətindən bəri Çin iqtisadiyyatında sürətli artım prosesi davam edib.Pekin hökuməti maliyyə və monetar tədbirlər görərkən, Prezident Si Cinpinin iqtisadi aktivliyi məhdudlaşdıran “Sıfır Kovid” siyasəti bu yaxınlarda görülən tədbirlərin təsirini azaldır. Digər tərəfdən, yüksək inflyasiya ilə mübarizə aparan ABŞ iqtisadiyyatında məşğulluq və istehlak xərcləri güclü olaraq qalır.