DÜNYA

20 May

Bloomberg: "Google istifadəçilərin konfidensial məlumatlarını reklamçılara inanılmaz miqyasda ötürür"

Google şirkəti istifadəçilərin özəl məlumatlarını reklamçılara inanılmaz miqyasda təqdim edir.

"Fins.az" xəbər verir ki, şirkət gün ərzində məlumatların ötürülməsini bir neçə milyard dəfə reallaşdırır. Bu isə digər şirkətlərin məlumat ötürmə göstəricilərindən qat-qat yüksəkdir. Bloomberg bldirib ki, təkcə bu ilin yanvar ayından mart ayının sonuna kimi Google 68 milyard dollar dəyərində gəlir əldə edib və bu gəlirin 54 milyard dolları məhz reklamların payına düşüb. Digər şirkətlər Google-dan istifadəçilərin yerləşdikləri yerlər, vərdişləri, alış-verişləri və onların baxdıqları internet səhifələri və barəsində məlumatları əldə edirlər.

    İrlandiya Vətəndaş Azadlıqları Şurasının məlumatına əsasən il ərzində reklam platformaları reklamçılara istifadəçilərin məlumatlarını 178 trilyon dəfə ötürürlər. Lakin Google şirkəti təkcə Avropa və ABŞ-da istifadəçi məlumatlarını reklamçılara hər gün 70 milyard dəfə ötürür. Bloomberg qeyd edib ki, smartfonda açılmış hər bir tətbiq və ya veb səhifə istifadəçinin diqqətini cəlb etmək yolunda bir növ ticarət platformasına çevrilir. Belə ki, smartfon target edilmiş reklam elanlarının sərgilənməsi üçün istifadəçi barəsində olan məlumatları üçüncü tərəflərə ötürür. Nəticədə qalib reklamçı həmin məlumatların əldə edilməsi imkanı üçün daha çox vəsait ödəyən reklamçı olur.