DÜNYA

20 May

Apple öz cihazlarının fiziki məhdudiyyətli istifadəçiləri üçün yeni faydalı funksiyalar anons edib

Apple şirkəti iPhone, iPad və Watch modelləri üçün genişləndirilmiş yeni funksiyaları anons edib. Yaxın zamanda həmin cihazlar sistem yenilənmələrini əldə edəcəklər və həmin yenilənmələr fiziki məhdudiyyətli istifadəçilər üçün cihazlardan istifadə prosesini sadələşdirəcəklər. Beləliklə anons edilmiş funksiyalardan biri Live Captions adlanır. Sözügedən funksiya real zaman ərzində audionu ekranda əks olunan mətn formatına çevirir. Eşitmə qabiliyyətində problemlər yaşayan istifadəçilər bu üsul ilə videolara baxa və hətta FaceTime üzərindən digərləri ilə ünsiyyət qura biləcəklər. İstifadəçilər öz növbələrində əks olunacaq mətnlərin şrift ölçülərini ayarlaya və mətn formatında cavablar daxil edə biləcəklər. Mətn formatında daxil ediləcək həmin cavablar isə standart diktor vasitəsilə digər şəxsə ötürüləcək. Live Captions funksiya bu il istifadəyə veriləcək.

 O, ingilis dilində iPhone 11 və daha yeni modellərdə, A12 Bionic və ya ondan sonrakı prosessor modellərinə sahib iPad modellərində və həmçinin Apple şirkətinin M seriyasına daxil olan fərdi prosessorları vasitəsilə çalışan Mac kompüterlərində dəstəklənəcək. Digər yeni funksiya Door Detection adlanır. Sözügedən funksiya zəif görən istifadəçilər üçün nəzərdə tutulub. Bu funksiya LiDAR skanerinə sahib iPhone və iPad modellərində dəstəklənəcək. Door Detection funksiyası bu və ya digər məkanda qapının harda yerləşdiyini istifadəçi üçün təyin edəcək və onun hansı uzaqlıqda yerləşdiyi barəsində ona məlumat verəcək.