DÜNYA

20 May

Hindistan buğdanın limanlarda gözləməsinə icazə verməyi planlaşdırır

Hindistan keçən həftə ixrac qadağasından sonra limanlarında saxlanılan1,8 milyon ton buğdanın daşınmasına icazə verməyi planlaşdırır.
"Fins.az" xəbər veir ki, Rusiya-Ukrayna müharibəsinin qlobal taxıl ticarətinə təsirinin davam etməsi fonunda, keçən həftə ixrac qadağası tətbiq edən Hindistan böhranı sakitləşdirici addım atmağa hazırlaşır.

Reuters-in xəbərinə görə, hökumət qəfil ixrac qadağasından sonra limanlarında gözləyən 1,8 milyon ton buğdanın limanları tərk etməsinə icazə verməyi planlaşdırır.

Hindistan ərzaq təhlükəsizliyini riskə atdığı üçün keçən həftə sonu buğda ixracına qadağa qoyub.

Dehli rəhbərliyi bu addımı ilə ilin əvvəlindən qlobal bazarlarda ən az yüzdə 40 artan buğda qiymətinə ölkə daxilində nəzarət etməyi hədəflədiyini açıqlayıb.

Hindistan buğdasını əsasən qonşu ölkələr Banqladeş, Nepal və Şri-Lankaya ixrac edir.

Avropanın taxıl anbarı kimi tanınan Ukraynanın Rusiya tərəfindən hücumu buğda qiymətlərini son 14 ilin ən yüksək həddə çatdırıb və Ukrayna anbarlarında təxminən 40 milyon ton taxıl ixracı gözlənilir.

Müəllif: Aynur Qəniyeva