Ukrayna ərazisindən Rusiya qazının tranzit həcmi gündəlik 63,25 milyon kubmetr təşkil edə bilər.
Bu barədə “Ukraynanın Qaz Nəqli Sisteminin Operatoru”nun məlumatında deyilir.
Belə ki, bugünkü həcm dünən Ukrayna ərazisindən keçməklə nəql edilmiş 51,6 milyon kubmetrdən 22,6% artıq ola bilər.
Xatırladaq ki, hazırda “Qazprom” Avropaya qaz ötürülməsini yalnız “Suca” stansiyası vasitəsilə həyata keçirir.