Çində rüşvətxorluq cinayətlərini araşdıran Mərkəzi İntizam Təhqiqat Komissiyasından verilən açıqlamada may ayında vəzifəsindən uzaqlaşdırılan pul siyasəti departamentinin rəhbəri Sun Quofenq barəsində cinayət işi açıldığı bildirilib.
"Fins.az" xəbər verir ki, Çin Kommunist Partiyasının rüşvətlə mübarizə bölməsindən verilən açıqlamada keçmiş mərkəzi bank rəsmisinə qarşı “qanun və qaydaların ciddi şəkildə pozulması” şübhəsi ilə istintaqa başlanıldığl qeyd edilib.
Oktyabr ayında başlayan korrupsiya istintaqı çərçivəsində ən azı 40 maliyyə sektorunun məmurunun istintaqa cəlb edildiyi və ya cəzalandırıldığı qiymətləndirilir.
İntizam təhqiqatına cavabdeh qurum fevral ayında Çin Xalq Bankı, maliyyə tənzimləyiciləri, ictimai banklar, sığorta təşkilatları və pis kredit idarəetmə şirkətləri də daxil olmaqla 20-dən çox qurumu ciddi şəkildə tənqid edib və qeyd edib ki, qanunun icrasında boşluqlar var.
Müəllif: Aynur Qəniyeva