Avropa Komissiyasının sədri Ursula von der Leyen bəyan edib ki, Avropa İttifaqı (Aİ) 2030-cu ilin sonuna kimi Rusiya qazı və neftindən asılılığına son qoymaq üçün 300 milyard avro sərmayə qoymağı hədəfləyir.
"Fins.az" xəbər verir ki, Von der Leyen investisiyaların 10 milyard avrosunun təbii qaz infrastrukturuna, 2 milyard avronun neftə, qalan hissəsinin isə təmiz enerjiyə xərclənəcəyini bildirib.
Müəllif:Aynur Qəniyeva