DÜNYA

18 May

Apple-dan ofisdən işləməklə bağlı yeni qərar

Apple Inc işçilərinin həftədə üç gün ofisə gəlməsini tələb etmək planını təxirə salıb.

"Fins.az"xəbər verir ki, Bloomberg-in əldə etdiyi məlumata görə, Apple Covid-19 yoluxmalarının yeni artması səbəbindən işçilərinin həftədə üç gün ofisə gəlməsi qaydasını təxirə salıb.

Əldə edilən məlumata görə, şirkət mayın 23-də icrası gözlənilən planı qeyri-müəyyən müddətə təxirə salıb və bu məsələ ilə bağlı işçilərini məlumatlandırıb.

ABŞ-ın Kaliforniya əyalətindəki şirkət nümayəndələri mövzu ilə bağlı şərh verməkdən çəkinsə də Apple-ın işçilərin həftənin iki günü ofisə gəlməsi rejimində heç bir dəyişiklik etmədiyi öyrənilib.

Müəllif: Aynur Qəniyeva