İngiltərədə ötən ay inflyasiya illik bazda 6,2%-ə yüksəlib ki, bu da 1992-ci ilin martından bəri ən yüksək səviyyədir.
Fins.az xəbər verir ki, bu barədə İngiltərə Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, inflyasiya artan enerji və ərzaq xərcləri səbəbilə son 30 ilin maksimumuna çatıb. Ölkədə yanvar ayında bu göstərici 5,5% təşkil edib.